3 C
Baku
Tuesday, December 30, 2025

“LinkedIn” iş yerlərinin sayını 6% azaldacaq

“LinkedIn” təxminən 960 iş yerini ixtisar edəcək – bu, ümumi işçi sayının təxminən 6%-dır. Banker.az xəbər verir ki, şirkətin verdiyi məlumata görə, iş yerlərini azaltmaq zərurəti koronavirus pandemiyası ilə əlaqədar olaraq, əmək bazarında tələbin azalmasının nəticəsi olmuşdur.

İş axtarışı layihəsi “qlobal pandemiyanın təsirinə qarşı xüsusi immunitetə malik deyil”, – deyə şirkətin baş direktoru Rayan Roslyanski əməkdaşlara göndərdiyi məktubda söyləyir. Mütəxəssis vurğulayır ki, mövcud şəraitdə “daha az şirkət, o cümlədən LinkedIn əvvəlki sayda işçiyə ehtiyac duyur”.

Roslyanski qeyd edir ki, bunlar planlaşdırılan yeganə ixtisarlardır ki, əsasən yeni işçilərin işə götürülməsinə cavabdeh olan şöbələrə təsir göstərəcəkdir. Xatırladaq ki, pandemiya dövründə təkcə ABŞ-da minimum 3,7 milyon iş yeri ixtisar edilib.

Bildirildiyi kimi, ixtisar olunan işçilərə 10 həftəlik əmək haqqı veriləcəkdir. Bundan əlavə, ABŞ-dakı işçilər növbəti il üçün tibbi sığorta alacaqlar. “Bu bizim üçün ağrılı bir prosesdir, lakin çətin qərarlar qəbul etmək üçün cəsarətli olmalıyıq”, – direktor bildirir.

Son xəbərlər
Digər xəbərlər