“LinkedIn” sosial şəbəkəsində qeydiyyatdan keçmiş istifadəçilərin sayı 500 milyon nəfəri keçib.
Ain.ua saytına istinadən xəbərə görə, indi işgüzar əlaqələrin qurulması üçün “LinkedIn” sosial şəbəkəsində 10 milyondan çox vakansiya, 9 milyon şirkətə giriş mövcuddur, hər həftə şəbəkədə 100 mindən çox məqalə dərc edilir.
Xatırladaq ki, 2015-ci ilin oktyabrında “LinkedIn” sosial şəbəkəsində 400, 2016-cı ilin avqustunda isə 450 milyondan artıq istifadəçi qeydiyyatdan keçib. Halbuki 2014-cü ilin 3-cü rübündən 2016-cı ilin 3-cü rübünədək “Facebook”un auditoriyası 1,3-dən 1,7 milyard istifadəçiyədək artıb.