9 C
Baku
Friday, December 13, 2024

“LinkedIn” müşayiət məktubunu yazmağa kömək edəcək neyroşəbəkəni sınaqdan keçirir

“LinkedIn” istifadəçilərin işini asanlaşdırmaq üçün işəgötürənə müşayiət məktubu yazmağa kömək edəcək süni intellekt funksiyasını sınaqdan keçirir. Qeyd olunur ki, hazırda yenilik yalnız “Premium” hesablar üçün əlçatandır.

Banker.az bu barədə VC.ru-ya istinadən xəbər verir.

Şirkətdən verilən məlumata görə, onu yazmaq üçün neyron şəbəkə istifadəçinin və işəgötürənin profilindən, eləcə də iş təsvirindən istifadə edəcək.

download 6

Nəşr qeyd edir ki, məktubun məzmunu və uzunluğu profildən asılı olaraq dəyişəcək. Həmçinin, mesaj göndərilməzdən əvvəl iki dəfə yoxlanılacaq. “LinkedIn” platforması ChatGPT-ni inkişaf etdirən “OpenAI” ilə əməkdaşlıq edən “Microsoft”a məxsusdur. 2023-cü ilin mart ayında sosial şəbəkə süni intellektlə əlaqəli bir neçə funksiyanı təqdim edib. Məsələn, neyron şəbəkədən istifadə edərək, siz platformadakı profilinizi doldura bilərsiniz. Hələki bu, yalnız “LinkedIn Premium” istifadəçiləri üçün əlçatandır.

Son xəbərlər
Digər xəbərlər