20 C
Baku
Thursday, October 3, 2024

Linkoln-ə məktub

1860-cı ildə 11 yaşlı Qreys Bedell ABŞ prezidenti Avraam Linkolnə məktub yazmış və ona saqqalını uzatmağı məsləhət görmüşdür.

Məktubda deyilirdi: “Mənim 4 qardaşım var və çətin ki, onlar seçkilər zamanı sizə səs versin. Lakin, əgər siz saqqalınızı uzatsanız mən çalışaram onları sizə səs verməsi üçün yola gətirim. Arıq sifətə malik olduğunuz üçün saqqalınızı uzatsanız sizə daha yaxşı yaraşacaq. Bütün xanımlar saqqallı kişiləri bəyənirlər. Onlar da öz növbəsində həyat yoldaşlarından sizə səs vermələrini xahiş edəcəklər və siz prezident olacaqsınız”.

Linkoln 1860-cı ildə ABŞ prezidenti seçilir və həyatının son 4 ili boyunca saqqal saxlayır. O daim qeyd edirdi ki, saqqalı Nyu-York ştatının şimal hissəsində yaşayan kiçik qızcığazın məsləhəti ilə saxlamağı qərara almışdır.

Son xəbərlər
Digər xəbərlər