10 C
Baku
Thursday, December 12, 2024

Linux sistem administratoru – Goldenpay

Vəzifə: Linux sistem administratoru

Departament: İnformasiya Texnologiyaları

Namizədə tələblər:

• Ən az 3 il Linux sistem administratorluğu sahəsində iş təcrübəsi
• Nginx, Apache Tomcat, MySQL/Percona, Squid, PfSense ilə bağlı təcrübə
• Perl, Python və ya Bash ilə scriptlərin yazılması üzrə təcrübə
• TCP/IP işləmə prinsiplərini bilmək, marşrutizasiyanın necə işlədiyini başa düşmək
• Vmware ESXi virtualizasiya sistemi ilə bağlı təcrübə
• AD, GPO, DNS, DHCP ilə bağlı təcrübə
• SQL və SQL optimizasiya ilə bağlı biliklər
• YAML/JSON yaratmaq və oxumağı bacarmaq
• GIT, SVN və ya Mercurial ilə bağlı təcrübə
• GitLab ilə bağlı təcrübə
• Zabbix, Grafana, Prometeus, Graphite, PMM, Logstash kimi sistemlərlə bağlı məlumatlı olmaq
• CI/CD (Jenkins, Trevis və sairə) tətbiqi ilə bağlı təcrübə
• Docker, Kubernetes, Docker Swarm və sairə kimi sistemlərlə bağlı təcrübə
• Ansible və ya Puppet ilə bağlı biliklər

İş tələbləri:

• Linux sistem administrasiyası: sistemin dəstəklənməsi, test və canlı mühitlərdə çıxan problemlərin aradan qaldırılması
• Şirkətin DevOps proseslərinin inkişafı və dəstəklənməsi
• Kubernetes-ə proyektlərin deploy edilməsi və dəstəklənməsi
• Server infrastrukturunun inkişaf etdirilməsi və dəstəklənməsi
• Mövcud infrastrukturun monitorinqi, avtomatlaşdırılması və gələcək inkişafı
• Backup-ların yaradılması və bu prosesin planlanması
• Logların analizi
• Məlumat bazasının inzibatçılığı, SQL-lərin, prosedurların, view və sairənin yaradılması

– Əmək haqqı: 1700-2000 ( iş təcrübəsindən asılı olaraq )
– İş vaxtı: Həftədə 5 gün, saat 10:00-18:00
– İşçi tibbi sığorta ilə təmin edilir

Uyğun namizədlər “Mövzu” bölməsində vakansiyanın adını qeyd etməklə CV formasını [email protected] email adresinə göndərə bilərlər.

Son xəbərlər
Digər xəbərlər