4 C
Baku
Friday, March 29, 2024

Lionel Messi beşinci dəfə “Qızıl Buts”un sahibi olub

İspaniyanın “Barselona” klubunun və Argentina millisinin ulduz futbolçusu Lionel Messi karyerası ərzində beşinci dəfə “Qızıl Buts”un sahibi olub.

“Barcelona” klubunun “Tvitter” səhifəsinə xəbər verilir ki, argentinalı hücumçu 2017-2018-ci il mövsümündə ölkə çempionatlarında ən çox qol vuran futbolçuya verilən mükafata 36 oyunda 34 dəfə fərqləndiyi üçün layiq görülüb.

Bu nominasiyada ikinci yeri İngiltərənin “Liverpul” klubunun misirli hücumçusu Məhəmməd Salah tutub. Misirli futbolçu cari mövsümdə rəqib qapılarına 32 dəfə yol tapıb. Üçüncü yerdə isə “Tottenhem”in hücumçusu Harri Keyn qərarlaşıb – 30 qol.

Xatırladaq ki, Lionel Messi 2009-2010-cu (34 qol), 2011-2012-ci (50 qol), 2012-2013-cü (46 qol) və 2016-2017-ci (37 qol) illərdə də “Qızıl Buts” mükafatına layiq görülüb.

Son xəbərlər
Digər xəbərlər