3 C
Baku
Şənbə, Yanvar 29, 2022

Lirə bu gün yenidən 3%-ə yaxın ucuzlaşıb – Türkiyə liderindən yeni açıqlamalar

Türkiyə liderinin bu gün də  “faiz səbəb, inflyasiya nəticədir” tezisinin təkralamaqla  israrlı olması ölkə valyutasını dollar qarşısında 2.6% ucuzlaşdırıb.

Banker.az xəbər verir ki, Bakı vaxtı ilə 17:10 radələrinə dollar/TL cetülüyünün məzənnəsi 12.6883 səviyyəsinə qədər yüksəlib.

Türkiyə Prezidenti Rəcəb Teyyub Ərdoğan bu gün bildirib ki, son günlər məzənnə üzərində iqtisadi əsasları olmayan hərəkətlər ilə yaşanan qiymət artımlarının meydana gətirdiyi problemləri də millətimizin lehinə -sərmayə məşğulluq və istehsalla həll ediləcək.

“Bunu çox açıq dəqiq söyləyirəm. İqtidara gəldiyimiz ilk gündən bu yana iqtisadiyyatdakı tezisimiz xüsusilə aşağı faizdir və bir də faiz-inflyasiya əlaqəsini mən davamlı “faiz səbəb, inflyasiya nəticədir” şəkildən olduğunu hesab edirəm. Bu tezisim dəyişmədi. Bu gün də mən yenə eyni tezisi müdafiə edirəm və buna inanıram” – deyə, Türkiyə lideri deyib.

“Görəcəksiniz inflyasiya inşallah seçki əvvəli haralara düşəcək; çox açıq dəqiq bütün dəlilləriylə, hər şeyiylə ortadadır. Çünki faiz lobbiləri qudurur. Mən nə dedim TÜSİAD-ə? “Buyurun, pul sizdə, maliyyə sektoru sizdə. Niyə sərmayə qoymursunuz? Yoldaş sən zənginsənmi, pul səndəmi, maliyyə səndəmi? Biz sizdən bir şey istəyirik; sərmayə, məşğulluq, istehsal, ixracat, böyümə… Amma biz sizə bunu söyləyincə siz tam əksinəni söyləyirsiniz – Faizi salaq” – deyə Ərdoğan deyir

 

Son xəbərlər
Oxşar xəbərlər