13.3 C
Baku
Bazar ertəsi, Noyabr 29, 2021

Lirənin ucuzlaşmasının bu qədər sürətləndirilməsi təhlükəli ola bilər

Ucuz lirə (TL) siyasətini bu qədər sürətləndirmək (Türkiyə Mərkəzi Bankı bu gün də faiz dərəcələrini 1 faiz bəndi endirdi. İndi illik 15%-dir) və bununla da həm ixracın artımına, həm də ucuz kreditlərlə iqtisadiyyatın sürətli bərpasına çalışırlar. Burada bir neçə vacib amma var. Lirənin dəyər itirməsi sürəti ixracın artım və iqtisadiyyatın bərpa sürətini üstələyir.

Türkiyəyə valyuta gətirən önəmli sahələrdən olan turizm üçün hazırda mövsüm deyil. Yəni, turizm ucuz lirədən maksimum faydalana bilmir. Pandemiya da davam edir. Faiz dərəcəsi faktiki olaraq illik inflyasiya dərəcəsinin altındadır ki, bu da qəbul olunmayan amillərdəndir. Sözün həqiqi mənasında türk lirəsi, ixrac və türk iqtisadiyyatı həm öz aralarında, həm də zamanla yarışa girib. Bu qədər sürət isə təhlükəli ola bilər.

Ucuz lirə siyasətini daha səbrlə və nəticələrini izləməklə aparmaq zənnimcə daha uyğun olardı. Çünki, monetar siyasət həqiqətən incə sahədir. Nəzarətdən çıxması iqtisadiyyatın öz-özünü tənzimləməsinə imkan vermədən böhrana sürükləyər.

Haşiyə: Türkiyənin ucuz lirə siyasətini anlayışla qarşılamışam, amma bu sürət qəzaya səbəb ola biləcək sürət ola bilər.

Müəllif: Elman Sadıqov

Son xəbərlər
Oxşar xəbərlər
X