10 C
Baku
Friday, December 13, 2024

Lirə “çökür” – ‘Bloomberg’ daha 40% ucuzlaşacağını proqnoz edir

Türkiyə lirəsi (₺; TRY) 2020-ci ilin əvvəlindən bu günə qədər 9,2% ABŞ valyutası (USD) qarşısında dəyər itkisinə məruz (mənbə: Bigpara) qalıb. Hətta koronavirus ölkənin sərhədlərinə çatmamış bu ucuzlaşma kəskin şəkildə başlamışdır. COVID-19 infeksiyası sərhəddən daxil olması xəbəri gəlincə isə – son 10 günü 6% dollar qarşısında ucuzlaşmalı olub.

Banke.az ölkənin maliyyə bazarına istinadın bildirir ki, 2020-ci ilin ilk günündə 1 dolların ortaçəkili məzənnəsi 5,9485 lirə başladığı halda, ötən gün, 19 mart tarixində birjalar 6,4936 lirə ilə artıq start götürüb.

 

image 3

Türkiyə Mərkəzi Bankı – TCMB açıqlamasında 12,15 faiz qiymət indekslərində (inflyasiya) baş verdiyini açıqlasa da ili 8,5 faizlik rəqəmlə bitirəcəyini proqnoz edirlər.  TCMB uçot dərəcəsinin 1 faiz bəndi azaldılaraq 10,75%-dən 9,75%-ə endirilməsinə qərar verib. Ölkənin mərkəzi bankı uçot dərəcəsindəki azalmanı ilin əvvəlindən davam etdirir. Belə ki, yanvarın 16-da keçirilmiş iclasında uçot dərəcəsi 0,75 faiz bəndi azaldılaraq 11,25%-ə, fevralın 19-da keçirilmiş iclasında isə uçot dərəcəsi 0,5 faiz bəndi azaldılaraq 11,25%-dən 10,75%-ə endirilmişdi.

TCMB iki həftə öncə olan açıqlamasında valyuta ehtiyatlarının həcmini 1 mlrd. Dollara yaxın (0,9%) itgi ilə üzləşməklə 106,835 milyard ABŞ dollarına düşüb.

Bloomberg yaxın günlərdə ucuzlaşma ehtimalı mümkün olan valyutalar içidə Türk lirəsinin də ucuzlaşacağını proqnoz edir. Koronavirus səbəbindən ölkə sərhədlərindəki məhdudiyyətlər və eləcə pandemik elan edilməsindən sonra ən çox əziyyət çəkən valyuta ehtimallarınca lirə olacaq. Analitiklər, lirənin ABŞ dolları qarşısında 39,3% ucuzlaşacağı qənaətindədirlər.

Son xəbərlər
Digər xəbərlər