12 C
Baku
Saturday, November 23, 2024

Lirə “ucuzlaşan” dollara qarşı ucuzlaşır – Tarixi minimum

Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri olan Türkiyənin milli valyutası yenidən zəiflədi. Türkiyədə inflyasiya göstəricilərinin artımı xəbəri “ucuzlaşan” dollar qarşısında ucuzlaşdırır.

Banker.az xəbər verir ki, Artıq Türkiyədə 1 ABŞ dolları 9.7116 lirəyə qədər bahalaşıb.

Bu da günlük dolların lirə qarşısında 11 kuruş, yaxud 1.13% ucuzlaşması deməkdir.

Türkiyə Mərkəzi Bankının Pul komitəsi son iclasında faiz dərəcəsini gözlənilmədən 2% azaltması ardından USD/TRY məzənnəsi 9.30 səviyyələrindən 9.65 səviyyələrinə qədər yüksəldi.

22222

Türkiyədə son açıqlamaya görə, oktyabr ayında aylıq inflyasiya 2.39% və illik inflyasiya isə 19.89% səviyyəsinə çatıb. Öncəki ayda illik inflyasiya  19.58% idi. İlin sonuna inflyasiyanın 20%-i ötəcəyi gözlənilir.

ABŞ dollarının indeksi son saatlarda 6 əsas valyuta qarşısındakı indeksi 94.037 bənddir. Bu da 0.04% azalma deməkdir. Azalma FED-in iclasından öncə baş verir. Əlavə olaraq ABŞ-ın 10 illik dövlət istiqrazlarının gəlirliliyi 1.52%-ə qədər geriləyib.

Son xəbərlər
Digər xəbərlər