10 C
Baku
Wednesday, December 11, 2024

“Lirənin dəyər itirməsi çox təhlükəli və qəza ilə nəticələnəcək sürətə bənzəyir”

Türkiyədə hadisələr bir-birini daha da sürətləndirir.

Türkiyə Mərkəzi Bankının son qərarından sonra qeyd etdiyim kimi, sürət amili nəzərə alınmadı və Türkiyə 10 TL həddindən sonra zamanla yarışacaq. Bu sürət qəzaya səbəb olacaq süərtdir. Son bir ildə lirənin tədricən dəyərdən düşməsi ixracı artırdı. Türkiyə ixracda rekord ardına rekord təzələdi. Hökumət bu amildən çox həvəsləndi və 1 ilə gedilən yolu niyə 4-5 aya getməyək dedilər. Bu isə mümkün deyil.

Türkiyə növbəti səhvə gedərək dolların alışı ilə bağlı ciddi limitlər tətbiq edərsə vəziyyəti daha da çətinləşdirəcək.

Dollara inzibati yolla müdaxilə dəm qazı kimidir. Adamı (iqtisadiyyatı) meyxoş edər, amma hiss etmədən öldürər. Faizlərin yenidən 18-19 həddinə qaldırılaraq dollar/TL kursunun 10-12 arasında qalmasının hökumətin prioriteti elan etməyin hazırki vəziyyətdə ən məqbul yol olduğunu, riskləri yumşaltmağın mümkün variantlarından biri olduğunu düşünürəm.

Türk lirəsinin dəyər itirməsi sürəti çox təhlükəli və qəza ilə nəticələnəcək sürətə bənzəyir.

Müəllif:
Elman Sadıqov
İqtisadçı-ekspert

Son xəbərlər
Digər xəbərlər