Türkiyə Mərkəzi Bankı son açıqlamasına görə, Türk lirəsinin real effektiv məzənnəsi tarixi minimuma düşüb.
Banker.az xəbər verir ki, lirənin real effekti məzənnəsi 54.33 bənd səviyyəsinə düşüb.
Bu da cari ilin əvvəlində, fevral ayında 60 bənd təşkil etmişdi.
Qeyd edək ki, Türkiyədə inflyasiya 20% üzərində olmasına rəğmən, ölkənin mərkəzi bankı uçot faiz dərəcəsini 16%-ə qədər azaldıb. Ölkə rəhbərliyi inflyasiyanı bununla azaltmaq kimi planda çıxış edirlər. TCMB-nin bu qərarı arından ölkənin milli valyutası son bir ildə 41% devalvasiya edib. USD/TRY kursu 13.80 səviyyələrinə qədər yüksəlib.