6 C
Baku
Çərşənbə, Yanvar 19, 2022

Lira ucuzlaşır: Ərdoğan nazir müavinlərini də işdən çıxardı

Türkiyənin xəzinə və maliyyə nazirinin müavinləri tutduğu vəzifədən azad edilib.

Bu barədə Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan sərəncam imzalayıb. Dövlət başçısının sərəncamı ilə Şakir Ercan Gül və Mehmet Hamdi Yıldırımın yerinə Mahmut Gürkan və Yunus Elitaş təyin edilib.

Xatıqladaq ki , bundan əvvəl Türkiyənin xəzinə və maliyyə naziri Lütfi Elvan tutduğu vəzifədən azad edilmişdi. Onun yerinə Nurəddin Nebati təyin olunub. O bu təyinata qədər xəzinə və maliyyə nazirinin müavini işləyib.

Türkiyə Mərkəzi Bankı pul siyasəti faizini 19-dan 18-ə endirdi. Bu qərardan sonra Türk lirəsi sürətlə ucuzlaşmağa doğru getdi. Bu gün 1 dollar 15,21 TL-yə bərabərdir.

Mənbə:Azvision.az
Son xəbərlər
Oxşar xəbərlər