2 C
Baku
Saturday, December 14, 2024

AMB-dən lisenziya əldə edə bilməyən kredit təşkilatı xalis mənfəət əldə edib

Pakistan bankı “MCB Bank Limited”in Azərbaycandakı törəmə maliyyə təşkilatı 2020-ci ildə yarım milyona yaxın xalis mənfəət əldə edib.

Bu barədə bank, “MCB Bank Olmayan Kredit Təşkilatı” QSC-nin audit hesabatına istinadən xəbər verir.

2019-dan başlayaraq adında BOKT sözünü əlavə etməsinə baxmayaraq hələki əvvəlki ənənəsi olan lizinq fəaliyyətindən 1 718 min manat faiz gəliri əldə edib. Bu öncəki ildən 1.9% azdır.

“MCB”nin faiz xərclərinin həcmi isə 480 min manat olmuşdur. Faiz xərclərinin daha çox azalması, xalis faiz gəlirlərini 1.5% artırmışdır.

Şirkətin əməliyyat əlirləri 1 317 min manat, xərcləri isə 685 min manat olmuşdur.

Nəticədə vergidən əvvəlki mənfəəti 615 min manat üzərində olub. 61 min manat cari və 63 min manat təxirə salınmış vergi ödənişindən sonra xalis mənfəəti 491 min manat üzərində olmuşdur. 2019-cu ildə 621 min manat xalis mənfəət əldə etmişdi.

Bu xalis mənfəətdən sonra balansındakı 255 min manatlıq yığılmış zərər 236 min manatlıq bölüşdürülməmiş mənfəətlə əvəzlənib.

1 yanvar 2021-ci il tarixinə şirkətin aktivlərinin həcmi 4 134 min manat olub, bunun da 3 659 min manatı maliyyə lizinq üzrə xalis investisiyadır.

Qeyd edək ki, 2019-cu ildən BOKT kimi fəaliyyət göstərməsinə rəğmən Azərbaycan Mərkəzi Bankından lisenziya əldə edə bilməyib.

Son xəbərlər
Digər xəbərlər