Bu il noyabrın 2-dən etibarən lisenziyaların yenilənməsi ilə bağlı İqtisadiyyat və Sənaye Nazirliyinə sahibkarlardan 600-dək müraciət daxil olub.
Bu barədə iqtisadiyyat və sənaye nazirinin müavini Sahib Məmmədov məlumat verib.
“Müraciətlərdən 57-si icraata götürülüb. Qısa müddət ərzində həmin lisenziyalar sahibkarlara təqdim olunacaq. Hazırda 23 dövlət qurumu tərəfindən 59 fəaliyyət növü üzrə lisenziya verilir. Həmin lisenziyaların sayının azaldılması istiqamətində iş gedir və əhəmiyyətli dərəcədə azaldılması nəzərdə tutulur”, – deyə nazir müavini vurğulayıb.