11 C
Baku
Wednesday, November 13, 2024

Lisenziyalaşdırma və icazələrin verilməsi sahəsində vahid tənzimləmə tətbiq edilir

“Lisenziyalar və icazələr haqqında” qanuna icazələr siyahısının daxil edilməsi Azərbaycanda bu sahədə vahid yanaşmanı təmin edəcək.

Banker.az xəbər verir ki, bunu jurnalistlərə iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov deyib.

Onun sözlərinə görə, icazə və lisenziya arasında fərq var, onlardan biri budur ki, lisenziya müddətsiz və müəyyən fəaliyyət növü üçün verilir.

S.Məmmədov əlavə edib ki, Azərbaycanda lisenziyalaşdırma sahəsində 2002-ci ildə təsdiq edilmiş vahid siyahı qüvvədədir.

S.Məmmədov qeyd edib ki, “Lisenziyalar və icazələr haqqında” yeni qanun layihəsinə daxil edilmiş icazələr siyahısı əvvəlcə tərtib ediləndən xeyli qısadır: “İlkin olaraq təqribən 400 fəaliyyət növündən ibarət olan və onlar üzrə icazələrin verildiyi bu siyahı xeyli azaldılıb və hazırda cəmi 199 icazə növündən təşkil olunub”.

“Lisenziyalar və icazələr haqqında” qanun layihəsi lisenziyaların verilməsini 15 gündən 10 günə, icazələrin isə 7 günədək azalmasını, elektron lisenziyaların verilməsini, lisenziyaların verilməsin zamanı “vahid pəncərə” sisteminin tətbiqini də nəzərdə tutur. Azərbaycanda dövlət orqanlarını lisenziyaların alınması ilə bağlı sahibkarlara beş gün ərzində metodik yardım göstərməyə təhkim edir.

Azərbaycanda müddətsiz lisenziyalar 37 sahibkarlıq fəaliyyət növünün həyata keçirilməsi üçün verilir.

Sahib Məmmədov
Sahib Məmmədov

 

Trend

Son xəbərlər
Digər xəbərlər