6 C
Baku
Saturday, December 14, 2024

Lisenziyası ləğv edilmiş bank məhkəmə qərarından apellyasiya şikayəti verib

Lisenziyası ləğv edilmiş “Dekabank” ASC-nin Müşahidə Şurası Azərbaycan Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) ərizəsi əsasında məhkəmə qərarından apellyasiya şikayəti verib.

Bakı Apellyasiya Məhkəməsində keçiriləcək hazırlıq iclası oktyabrın 7-nə təyin edilib.

İşə hakim Sərvət Hüseynovun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) Direktorlar Şurasının 21 iyul 2016-cı il tarixli qərarına əsasən “Dekabank” ASC-nin bank lisenziyası ləğv edilib. 22 iyul 2016-cı il tarixdən lisenziyası ləğv olunmuş bankın MBNP tərəfindən müvəqqəti inzibatçı təyin edilib. Palata “Dekabank” ASC-nin məcburi ləğvi və Əmanətlərin Sığortalanması Fondunun 24.07.2016-cı il tarixdən etibarən bankın ləğvedicisi təyin edilməsi barədə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edib. Məhkəmə ərizəni təmin edib. Həmin qərardan narazı qalan “Dekabank” ASC-nin Müşahidə Şurası apellyasiya şikayəti verib.

Report

Son xəbərlər
Digər xəbərlər