10 C
Baku
Thursday, December 12, 2024

“Lisenziyası ləğv edilmiş bankların bankomatlarının götürülməməsi qanuna ziddir”

“Ölkədə indiyədək 12 bank bağlanıb. Lakin bu banklar bağlanandan sonra küçələrdə həmin maliyyə qurumlarının bankomatlarına rast gəlmək olur. İstənilən halda bu bankomatlarda pul qalıqlarının olması ehtimalı onların zədələnməsinə gətirib çıxara bilər. Bu da əlavə xoşagəlməz halların baş verməsilə nəticələnə bilər”.

Bu sözləri iqtisadçı ekspert Məhəmməd Talıblı açıqlamasında deyib.

mehemmed 416 talibli 271 e1497247292486
Məhəmməd Talıblı

Ekspert qeyd edib ki, bu qurğular bankın öz avadanlığıdır və Mərkəzi Bankın qoyduğu qaydanı maliyyə qurumu özü pozur.

M.Talıblı lisenziyası ləğv olunmuş bankın təkcə bankomatının yox, hətta bu ad altında olan loqolarının da qalmasını düzgün hesab etmədiyini bildirib: “Küçədə ratlaşdığımız bu bankomatların yerindən çıxarılması bir qədər əlavə xərc tələb edir. Onların bəziləri elə yerdə quraşdırılıb ki, onu oradan çıxartmaq həmin obyektin ətrafında əlavə problemlərə yol aça bilər. Onsuz da çətin bir duruma düşmüş bankın bunu etməyə marağı olmur. İstənilən halda, bu qurğuların qalması qanuna ziddir.”

Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankı bankları bağlayarkən əsasən məcmu kapitalın minimum məbləği tələbinə əməl edilmədiyini əsas gətirir. Bankların məcmu kapital ehtiyatı 50 milyon manatdan az olmamalıdır.

Qeyd edək ki, son iki ildə manatın devalvasiyasından sonra Azərbaycanda 12 bank bağlanıb.

MənbəSalamNews
Son xəbərlər
Digər xəbərlər