28 C
Baku
Saturday, July 27, 2024

Lisey və gimnaziyalarda boş qalan yerlər üçün seçimin nəticələri açıqlanıb

Mərkəzləşdirilmiş qaydada qəbul həyata keçirilən lisey və gimnaziyalarda boş qalan yerlər üçün II seçim mərhələsinin nəticələri elan edilib.

Bu barədə Elm və Təhsil Nazirliyindən xəbər verilib.

Şagirdlərin elektron yerdəyişmə portalında (www.sy.edu.az/login) şəxsi kabinetə daxil olaraq qəbul nəticələri ilə tanış ola, eyni zamanda şagirdlərin sənədlərini qəbul olduqları müəssisəyə təqdim edə bilərsiniz.

Qeyd edək ki, sənəd qəbulu 30 avqust saat 16:00-dək davam edəcək.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər