18 C
Baku
Monday, May 27, 2024

Lisey və gimnaziyaların boş qalan yerlərinə seçim başlayıb

Mərkəzləşdirilmiş qaydada qəbul həyata keçirilən lisey və gimnaziyaların boş qalan yerləri üçün lisey seçimi mərhələsinə start verilib.

Bu barədə Elm və Təhsil Nazirliyindən xəbər verilib.

Bildirilib ki, ikinci mərhələ lisey/gimnaziya seçimi 22 – 25 avqust tarixlərini əhatə edəcək. Proses bu gün 12:00-dan etibarən başlayır və 25 avqust 15:00-da başa çatır.

Boş qalan yerlərə seçim edə bilmək üçün https://sy.edu.az/login portalında şəxsi kabinetə daxil olaraq “İmtahanlar” bölməsindən “Lisey seçimi” düyməsini sıxmaqla istəyə uyğun olaraq 1 və ya 2 seçim edilə bilər.

Qeyd edək ki, 28 avqust tarixindən etibarən ikinci mərhələdə uğur qazanan şagirdlərin sənəd qəbuluna start veriləcək.

V, VI, VII, VIII siniflər üzrə cari vakant

MənbəApa
Son xəbərlər
 ⁠
Digər xəbərlər