20 C
Baku
Saturday, November 1, 2025

Litva ABŞ və Britaniya sanksiyalarına görə “Lukoil” neftinin tranzitini dayandıracaq

“Litva Dəmir Yolları” (LDY) noyabrın 21-dən etibarən Rusiyanın “Lukoil” və “Rosneft” şirkətlərinin məhsullarının Litva ərazisindən tranzitlə daşınmasını dayandıracaq.

Qərar ABŞ və Böyük Britaniyanın tətbiq etdiyi sanksiyalarla bağlıdır və bu sanksiyalar Rusiyanın əsas neft şirkətlərinin satışını məhdudlaşdırır.

LDY “Lukoil”un neft məhsullarını Kalininqrad vilayətinə daşıyırdı. Şirkət oraya 2023-cü ildə 345 min, 2024-cü ildə isə 194 min ton “Lukoil” nefti çatdırıb. “Rosneft” nefti isə nə keçən il, nə də bu il Litva ərazisindən daşınıb.

ABŞ Maliyyə Nazirliyinin proqnozlarına görə, yeni sanksiyalar Kremli neft və qaz ixrac gəlirlərinin 30 faizinədək hissəsindən məhrum edə bilər.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər