26 C
Baku
Tuesday, May 28, 2024

Litva AİB vasitəsilə Ukraynaya yardım üçün 1 milyon avro yardım edəcək

Litva Avropa İnkişaf Bankının (AİB) yaratdığı Həmrəylik Fondu vasitəsilə Ukraynaya 1 milyon avro məbləğində yardım edəcək.

Bu barədə Litvanın maliyyə naziri Gintare Skayste jurnalistlərə bildirib.

“Hazırda Ukraynanın təkcə müharibə cəbhələrində deyil, həm də bizim tərəfimizdən ayrılan 1 milyon avro məbləğində vəsaitin yönəldildiyi sosial sahədə də köməyə ehtiyacı var”, – o deyib.

Nazirin sözlərinə görə, Litvanın pulunu yönəldəcəyi fond ən çox səhiyyə sisteminin infrastrukturunun və mənzil-tikinti sektorunun bərpasına diqqət yetirir.

G.Skaystenin sözlərinə görə, Vilnüs bu ianəyə Ukraynanı dəstəkləmək üçün geniş strategiya prizmasından baxır.

“Müxtəlif maliyyə alətlərindən istifadə edərək, Litva Ukraynaya yardım üçün ümumi daxili məhsulunun 1,9 %-nə bərabər məbləğ göndərib. Bu, Ukraynaya yardım göstərən ölkələr arasında ən yüksək göstəricilərdən biridir”, – maliyyə naziri söyləyib.

Son xəbərlər
 ⁠
Digər xəbərlər