4 C
Baku
Cümə, Dekabr 3, 2021

Litva Avropa Komissiyasından 30 milyon avro məbləğində yardım alıb

Litvada miqrasiya böhranının idarə edilməsi məqsədilə Avropa Komissiyası (AK) 37 milyon avro məbləğində yardım vəsaiti ayırıb.

Litvanın Daxili İşlər Nazirliyinin yaydığı məlumata əsasən, ayrılan vəsaitdən 29,6 milyon avro artıq köçürülüb.

“Yardımın qalan hissəsi bir müddət sonra göndəriləcək. Yardımın ayrılmasında məqsəd qanunsuz miqrasiyanın idarə edilməsi və ölkəyə gələn miqrantlara əsas xidmətlərin göstərilməsini təmin etmək üçün Litvanın çəkdiyi xərcləri qarşılamaqdan ibarətdir”, – deyə Litvanın daxili işlər naziri Aqne Bilotayte söyləyib.

Qeyd edilib ki, Avropa Komissiyası tərəfindən ayrılan vəsait hesabına miqrantların məskunlaşdırılması, bu yerlərin təhlükəsizliyinin təmin edilməsi, yemək, təhsil təminatı, habelə miqrantların qəbulu və saxlanılması üçün infrastruktur, sığınacaqlarla bağlı ərizələrə baxılma prosedurları və sair ilə əlaqəli Litvanın çəkdiyi xərclər ödəniləcək.

Xatırladaq ki, bu il Litvaya ölkənin Belarus sərhədini keçərək 4100-dən çox qanunsuz miqrant gəlib.

Son xəbərlər
Oxşar xəbərlər
X