24 C
Baku
Cümə axşamı, Sentyabr 23, 2021

Litva Belarusla sərhəddə dörd metrlik divar tikəcək

Screen Shot 2021 09 02 at 14.34.20

Litva Belarusla sərhədini hündürlüyü dörd metr olan və metaldan hazırlanacaq divarla qoruyacaq.

Bunu Litva Daxili İşlər Nazirliyi yanında Dövlət Sərhəd Xidməti rəisinin müavini Vidas Maçaytis bəyan edib.

Onun sözlərinə görə, sərhədin 508 km-lik hissəsi üstü tikanlı məftillə təchiz ediləcək və qaynaqlanmış metaldan düzəldilmiş dörd metrlik divar olacaq:

“Öncə divarı daşla tikmək variantı nəzərdən keçirildi, lakin sərhəd xəttindəki torpağın xüsusiyyətlərinə görə imtina edildi. Planlaşdırılan mühəndislik quruluşu 152,5 milyon avroya başa gələcək. Maliyyələşmədən asılı olaraq tikinti işləri bir ildən iki ilə qədər davam edə bilər”.

Qeyd edək ki, Litva ilə Belarus arasında dövlət sərhədinin ümumi uzunluğu 680 km-dir.

Screen Shot 2021 09 23 at 11.36.43
109,597AzarkeşlərKimi
Son xəbərlər
360 380
Oxşar xəbərlər