6 C
Baku
Sunday, December 15, 2024

Litva bir sıra malların Rusiya və Belarus ərazisindən tranzitini məhdudlaşdırır

Litva 57 növ yükün Rusiya Federasiyası və Belarus ərazisindən daşınması qaydalarını sərtləşdirib.

Bu barədə “Verslo zinios” qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, siyahıya əsasən mikroelektronika və yarımkeçirici komponentləri olan məhsullar daxildir. Məhdudiyyət iyulun 3-dən qüvvəyə minib və azı bir il qüvvədə olacaq.

Litvanın iqtisadiyyat naziri Ausrine Armonaite qeyd edib ki, bu tədbir komponentləri hərbi istehsalda istifadə oluna bilən ikili təyinatlı malların Rusiyaya daxil olmasının qarşısını almaq üçün tətbiq edilib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər