25 C
Baku
Çərşənbə axşamı, Sentyabr 21, 2021

Litva Gürcüstanın adını dəyişdi

Screen Shot 2021 09 02 at 14.34.20

Litvada rəsmi sənədlərdə Gürcüstan dövlətinin adı bundan sonra Sakartvelo adlandırılacaq.

“İnterfaks” xəbər verir ki, bu barədə Litva Dili Dövlət Komissiyasının sədri Audris Antanaitis açıqlama verib.

“Bu andan etibarən Sakartvelo rəsmi addır”,- deyə Antanaitis qeyd edib.

Bildirilib ki, yenidən adlandırma qərarı iki il əvvəl verilib. O zaman Antanaitis, Gürcüstan yerinə ölkənin ikinci qeyri-rəsmi adı olan “Sakartvelo” adının istifadə edilməsini təklif etmişdi.

“Cəmiyyətin bu adı qəbul etmək istəyini görmək üçün keçid dövrü keçdi. Cəmiyyətdə qeyri-adi sürətlə kök saldığı göz qabağındadır. Bunun 20 ildə baş verəcəyini proqnozlaşdırmışdım, ancaq iki il çəkdi. Bu, həqiqətən gözlənilməz oldu”,- deyə sədr sözlərinə əlavə edib.

Qeyd edək ki, komissiya 21 dekabr 2020-ci ildə dövlətlərin rəsmi adlarını təyin edən sənəddən “Gruzija” sözünü çıxarıb.

Screen Shot 2021 09 08 at 14.27.09
109,597AzarkeşlərKimi
Son xəbərlər
360 380
Oxşar xəbərlər