27 C
Baku
Friday, July 19, 2024

Litva ilə iqtisadi əməkdaşlığın genişləndirilməsi müzakirə edilib

İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Litva Seyminin Litva-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun sədri Kazis Strakeviçyusun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Banker.az bu barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.

Görüşdə bildirilib ki, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və İqtisadi Zonaların İnkişafı Agentliyi ilə Litvanın müvafiq qurumları arasında əlaqələrin qurulması, birgə tədbirlərin, biznes forum və işgüzar görüşlərin təşkili, nəqliyyat-tranzit, işğaldan azad edilmiş ərazilərimizin bərpası və yenidən qurulmasında, sənaye parklarında, Ələt Azad İqtisadi Zonasında həyata keçirilən layihələrdə Litva şirkətlərinin iştirakı, rəqəmsal iqtisadiyyat və innovativ inkişaf sahələrində əməkdaşlıq üçün geniş imkanlar mövcuddur.

Tərəflər iqtisadi əlaqələrin hazırkı vəziyyəti və genişləndirilməsi barədə fikir mübadiləsi aparıblar.

Son xəbərlər
Digər xəbərlər