10 C
Baku
Friday, December 13, 2024

Litva Polşadan “Piorun” hava hücumundan müdafiə sistemləri alacaq

Litva və adı açıqlanmayan daha üç ölkə Polşadan “Piorun” hava hücumundan müdafiə sistemləri alacaq.

Bu barədə Litvanın Müdafiə Nazirliyi məlumat yayıb.

“Hava hücumundan müdafiəni gücləndirmək özümüz üçün nəzərdə tutduğumuz əsas vəzifələrdən biridir. Biz hava hücumundan müdafiə sursatlarının artırılması, eləcə də müttəfiqimiz və ən yaxın qonşumuz olan Polşa ilə səmərəli əməkdaşlıqdan məmnunuq”, – məlumatda müdafiə naziri Laurinas Kasçyunasdan sitat gətirilib.

Müqavilənin dəyəri və alınan hərbi texnikanın miqdarı açıqlanmır.

Son xəbərlər
Digər xəbərlər