4 C
Baku
Sunday, February 25, 2024

Litva prezidenti Maskın Krımla bağlı təklifinə münasibət bildirib: “Kimsə sizin “Tesla” təkərinizi oğurlasa, bu onu təkərin sahibi etməz”

Litva Prezidenti Gitanas Nauseda Ukraynaya Krımdan imtina etməyi təklif edən amerikalı iş adamı İlon Maska cavab verib.

Nauseda Rusiya ilə müharibəyə son qoymaq üçün neytrallıq elan etməyi tövsiyə edən Maska fikrini bildirib.

Prezident bu barədə öz “Twitter” hesabında yazıb.

“Hörmətli İlon Mask, kimsə sizin “Tesla”nın təkərlərini oğurlamağa cəhd edərsə, bu, onu avtomobilin və ya təkərlərin qanuni sahibi etməz”, – deyə Litva prezidenti qeyd edib.

 

MənbəOxu.az
Son xəbərlər
Digər xəbərlər