Litvanın hazırkı prezidenti Gitanas Nauseda prezident seçkilərinin ikinci turunda qalib gəlib. Baş seçki komissiyasının ilkin məlumatlarına görə, ona seçicilərin 75%-dən çoxu səs verib. İkinci namizəd, Baş nazir İnqrida Simonyte 22% səs toplayıb.
Bu prezidentlik müddəti Gitanas Nausėda üçün ikinci və sonuncu olacaq. Litva konstitusiyasına görə, prezident ardıcıl iki dəfədən artıq seçilə bilməz.
Gitanas Nauseda təhsil üzrə iqtisadçıdır və Vilnüs Universitetində təhsil alıb. O, həmçinin sosial elmlər üzrə doktorluq dərəcəsinə malikdir. İqtisadiyyat və Özəlləşdirmə İnstitutunda, Qiymətlər və Rəqabət üzrə Dövlət Xidmətində, Litva Bankında işləyib. O, 30 ilə yaxın Vilnüs Universitetində dərs deyib, 18 il özəl bankda işləyib.
Ötən gün Litva Daxili İşlər Nazirliyinin rəhbəri Aqne Bilotaite Baltikyanı ölkələr, Polşa, Finlandiya və Norveçin daxili işlər nazirləri ilə görüş keçirib. Ölkələr pilotsuz təyyarələrdən istifadə edərək sərhəd bölgələrini qorumaq üçün Norveçdən Polşaya qədər uzanacaq “dron divarı” yaratmağa razılaşıblar.