Litva Prezidenti Gitanas Nauseda Kiyevə gedib.
Bu barədə Prezident Nauseda “Twitter”də bildirib.
“Ukraynanın Dövlətçilik Gününü qeyd etdiyi bu əlamətdar gündə ilk dəfə olaraq Ali Radada Ukrayna xalqına müraciət edəcəm. Mən Prezident Zelenski ilə də görüşəcəyəm və ona Litvanın ən yüksək dövlət mükafatı olan Böyük Vitautas ordeni təqdim edəcəm”, – Litva dövlət başçısı qeyd edib.