17 C
Baku
Saturday, May 18, 2024

Litva Rusiya mallarının respublika ərazisindən keçməsinə icazə verəcək

Litva bəyan edib ki, iyunun 17-dək yüklənmiş bütün Rusiya mallarının respublika ərazisindən keçməsinə icazə veriləcək.

Bu barədə Rusiyanın Litvadakı müvəqqəti işlər vəkili Sergey Ryabokon məlumat verib.

Onun sözlərinə görə, iyunun 17-dən sonra yüklənmiş malların Litva ərazisindən keçməsinə icazə verilməyəcək:

“Qeyd etmək lazımdır ki, söhbət müəyyən vəzifələrdən gedir, başqa məsələdir ki, onların sayı hədsiz çoxdur. Və Kalininqrad vilayətinin qubernatoru Anton Alixanov deyir ki, bu, Kalininqradın aldığı bütün əmtəə məhsullarının təxminən yarısıdır”, – o qeyd edib.

MənbəReport
Son xəbərlər
 ⁠
Digər xəbərlər