Litva seymi Rusiya təbii qazının Kalininqrad vilayətinə tranziti istisna olmaqla idxalını rəsmi olaraq qadağan edib, Banker.az bu barədə “Vedomosti”yə istinadən xəbər verir.
“Biz Rusiya qazının idxalından imtinanı müəyyən edən “Təbii qaz haqqında” qanuna dəyişiklik edirik. Layihə Rusiyanın Avropadakı enerji şantajı, Ukraynadakı hərbi əməliyyatlar və tam enerji müstəqilliyi arzumuz nəzərə alınmaqla hazırlanıb və təqdim edilib”, – mesajda bildirilib.
Qeyd edək ki, Litva aprel ayında Rusiya qazının tədarükündən imtina etdiyini açıqlamışdı. Respublikanın şəbəkə operatoru “Amber Grid”in nazirliyin istinad etdiyi məlumata görə, aprelin 2-də Litva-Belarus qaz sistemlərinin qovşağında Rusiya xammalının idxalı sıfıra bərabər olub.