6 C
Baku
Monday, December 16, 2024

Litva Rusiyanın nüvə enerjisinə qarşı sanksiyalar təklif edib

Litva Rusiyanın nüvə enerjisinə qarşı sanksiyaların tətbiqi ilə bağlı yeni təkliflər hazırlayıb. Bunların köməyi ilə Macarıstanın vetosundan yan keçmək mümkün olacaq.

Bu barədə Litva Xarici İşlər Nazirliyinin hazırladığı sənəddə deyilir.

Litva Macarıstan üçün istisna hal təklif edir: Macarıstan Paks AES-i genişləndirilməsi layihəsi üzərində işləyən “Rosatom” ilə əməkdaşlığı dayandırmaq üçün 9 il vaxt vermək təklif olunur. Həmçinin, bütün Aİ ölkələrinə “Rosatom”la bağlanmış bütün müqavilələrdən 2 il ərzində mərhələli şəkildə imtina etməyə icazə verilməsi təklif olunur.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər