26 C
Baku
Tuesday, April 30, 2024

Litva Rusiyaya qarşı yeni sanksiyalar təklif edib

Litva Rusiya Federasiyasına qarşı yeni sanksiyalarla bağlı təkliflərinə cavab gözləyir.

Bunu  Litvanın xarici işlər naziri Qabrielius Landsberqis Avropa İttifaqı xarici işlər nazirlərinin görüşündən əvvəl bildirib.

“Biz doqquzuncu sanksiya paketini gözləməyə davam edirik. Yeni sanksiyalara düşə biləcək şəxslərin guya olmadığı, artıq hər kəsin siyahıya daxil edildiyini söyləyənlərlə razılaşmamaq istərdim. Litva öz siyahısını təklif edib. Biz hələ də Avropa institutlarının reaksiyasını və doqquzuncu sanksiyalar paketinin təşviqini gözləyirik”, – Landsberqis bildirib.

Rusiya Federasiyası Ukraynada müharibəyə başlayandan bəri Qərb Moskvaya sanksiya təzyiqlərini artırıb.

MənbəModern.az
Son xəbərlər
 ⁠
Digər xəbərlər