32 C
Baku
Saturday, June 25, 2022

Litva Ukraynaya döyüş maşınları verəcək

Litva Ukraynaya 20 ədəd M113 zirehli döyüş maşınları göndərəcək.

Bu barədə Litvanın müdafiə naziri Arvidas Anusauskas məlumat verib.

O, həmçinin bildirib ki, Ukraynaya hərbi yük maşınları və minalardan təmizləmə maşınları tədarük edəcək.

“Bizim və müttəfiqlərimizin koordinasiyalı köməyi Ukraynanın qələbəsi üçün çox vacibdir”, – deyə müdafiə naziri qeyd edib.

Tədarük ediləcək maşınların ümumi dəyəri 15,5 milyon avrodur. Nazirlik əlavə edib ki, bundan əvvəl Litva Ukraynaya 100 milyon avro hərbi yardım edib.

 

 

Son xəbərlər
Oxşar xəbərlər