Litva və ABŞ 2024-2028-ci illər üçün ikitərəfli hərbi əməkdaşlıq planı imzalayıb.
Bu barədə Litva Müdafiə Nazirliyi məlumat yayıb.
“Litva və ABŞ beynəlxalq təhlükəsizliyə təhdidləri eyni dərəcədə qiymətləndirən müttəfiqlərdir. Bunu imzalanmış sənəd sübut edir”, – Litva Müdafiə Nazirliyinin bəyanatında deyilir.