“Əgər bu gün Ukraynaya dəstək baxımından ediləcək bir şey varsa, o da bu ölkəyə hərbi dəstəyin davam etdirilməsidir”.
Bunu Litvanın xarici işlər naziri Qabrielius Landsberqis Aİ XİN Şurasının iclasından əvvəl jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Avropanın hərbi sənayesi inkişaf etmiş ölkələri Ukraynaya hərbi dəstək baxımından daha sürətli olmalıdırlar.
Litva XİN başçısı qeyd edib ki, Ukraynaya maliyyə yardımının verilməsində ABŞ Avropanı qabaqlayır və bu prosesdə Avropa da sürətli olmalıdır.
“Çünki müharibə Avropada gedir”, – o vurğulayıb.