24 C
Baku
Sunday, June 2, 2024

Litva Zelenskini Azadlıq Mükafatının təqdimatı üçün Vilnüsə dəvət edib

Litva Seymi Ukrayna Prezidenti Volodimir Zelenskiyə 2023-cü ilin yanvarında Azadlıq Mükafatının təqdimatı üçün Vilnüsə gəlməyə dəvət göndərib.

Bu barədə Litvanın LRT nəşri məlumat yayıb.

Dekabrın əvvəlində onların mükafatı Ukrayna Prezidenti Volodimir Zelenskiyə təqdim etmək qərarına gəldikləri məlum olub.

“Biz artıq rəsmi dəvət göndərmişik və qərarın necə olacağını yanvarın 13-də görəcəyik. Amma, düzü, onun gəlişini gözləmək elə də real deyil”, – Litva parlamentinin sədri Viktoriya Çmilite-Nilsen dəvəti şərh edərkən deyib.

Onun sözlərinə görə, hazırda tədbirin proqramı hazırlanır və mükafatı Zelenskiyə kimin təqdim edə biləcəyi nəzərdən keçirilir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər