Avropa İttifaqının “Avropa Qonşuluq Siyasəti” planı çərçivəsində həmin quruma üzv ölkələrin Avropa dövlətlərinin müvafiq təsisatlarının iş təcrübəsinin öyrənilməsinə yönəldilmiş “Azərbaycanda əmlakların bərpası və idarə edilməsi sistemində islahatlara dəstək” adlı “Tvinninq” layihəsi çərçivəsində Litvanın Baş prokuroru Nida Qrunskienenin rəhbərlik etdiyi və Xüsusi İstintaq Xidmətinin direktoru Jidrunas Bartkusun daxil olduğu nümayəndə heyəti Azərbaycana rəsmi səfərə gəlib.
Banker.az bu barədə Baş Prokurorluğa istinadən xəbər verir.
Nida Qrunskiene Litva tərəfindən Azərbaycanla əlaqələrə böyük önəm verildiyini, aktivlərin bərpası sahəsində ölkəsinin təcrübəsinin paylaşılmasında maraqlı olduqlarını qeyd edib.
Səfər davam edir.