36 C
Baku
Tuesday, August 5, 2025

Litvanın müvəqqəti hökumətinə maliyyə naziri rəhbərlik edəcək

Litvanın Baş naziri vəzifəsinin icrası maliyyə naziri Rimantas Sadjiusa tapşırılıb.

Bu barədə Prezident Gitanas Nauseda qərar verib.

Ölkə Konstitusiyasına görə, 2024-cü ildəki parlament seçkilərində qalib gələn sosial-demorkatlar Prezidentə hökumətə rəhbərlik etməyə layiq bildikləri namizədi təqdim etməlidirlər.

Parlament qərarı təsdiqləsə, Nazirlər Kabinetinin yeni tərkibi iki həftə ərzində formalaşdırılacaq.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər