İsrailin şimalı Livan tərəfindən raket atəşinə məruz qalıb. İki nəfərin öldüyü barədə məlumat var. 2006-cı ildən bəri İsrail ilə Livan arasında bənzər miqyaslı hücum olmayıb, Banker.az bu barədə Kommersant-a istinadən xəbər verir.
İsrailin Baş naziri Benyamin Netanyahu hüquq-mühafizə orqanlarının rəhbərliyi ilə operativ iclas keçirib. Artıq İsrailin sosial şəbəkələrində İsrailin Livan ərazisinə cavab atəşi açması ilə bağlı xəbərlər yayılıb.