26 C
Baku
Saturday, July 27, 2024

Livan parlamenti yeni prezidenti seçə bilməyib

Livan parlamentində keçirilən səsverməsinin ikinci turunda ölkə prezidenti seçilməyib.

Bu barədə TASS deputatlar palatasının spikeri Nabih Berriyə istinadən məlumat yayıb.

Həmçinin qeyd olunub ki, spiker növbəti səsverməni oktyabrın 24-nə təyin edib.

Spiker onu da qeyd edib ki, Livan qanunvericiliyinə əsasən, prezident seçilmək üçün 128 deputatdan azı 65 nəfərin səsini əldə etmək lazımdır: “Bu gün səsvermədə iştirak edən deputatların 42 nəfəri müxalifətdən namizədliyi irəli sürülən Mişel Muavvada səs verib, 55 nəfər isə seçki qutusuna boş bülleten atıb”, o əlavə edib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər