15 C
Baku
Friday, March 29, 2024

Livan qaranlığa qərq oldu: Gündə cəmi 1 saat elektrik enerjisi verilir

İqtisadi cəhətdən çətin dönəm keçirən Livanda enerji böhranı yaranıb. 2019-cu ildən ölkədə dərinləşməyə başlayan iqtisadi böhran səbəbindən yanacaqla işləyən elektrik enerjisi istehsalı müəssisələri fəaliyyətini dayandırıb. 2021-ci ildən etibarən əksər günlərdə orta hesabla 2 saat elektrik enerjisi verilir, vətəndaşlar günün digər vaxtlarında elektrik enerjisini generatorlarla təmin edirlər. Bu isə çox baha başa gəlir. Son vaxtlar isə dövlət tərəfindən vətəndaşlara cəmi bir saat elektrik enerjisi verilir.

Banker.az xəbər verir ki, Livanın enerji və su ehtiyatları naziri Valid Fəyyad ölkəsindəki elektrik böhranı ilə bağlı mətbuata açıqlama verib. Fəyyad böhranın hüquqi və hərtərəfli həlli üçün bir plan hazırladıqlarını bildirib. Nazir əlavə edib ki, 2022-ci ilin oktyabr ayından bu yana prezidenti seçə bilməməsi “inzibati boşluq” yaradıb. O, xəbərdarlıq edib ki, bu vəziyyət davam edərsə, milli birliyi təhdid edə bilər.

Hökumətin 2022-ci ilin avqust ayında ölkədə elektrik enerjisi istehsalını gündə 4 saata çatdırmaq üçün 600 milyon dollarlıq büdcə təsdiq etdiyini xatırladan Fəyyad, Mərkəzi Bankın bu məbləği ödəməkdən imtina etdiyini bildirib. Nazir əlavə edib ki, növbəti 5 ay ərzində gündə 4 saat elektrik enerjisinin verilməsi üçün də 600 milyon dollarlıq büdcəyə ehtiyac olduğunu qeyd edib.

 

Son xəbərlər
Digər xəbərlər