Livanın paytaxtı Beyrutda etirazçılar 3 banka hücum edib.
Onlar təkərlərə od vuraraq bankların binasına atıblar.
Etirazlara səbəb Livanda iqtisadi və siyasi böhran fonunda bankların bağlanması və dolların məzənnəsinin artırılması olub.
Qeyd edək ki, Livan 3 ildən çoxdur ki, dərin iqtisadi böhran yaşayır. Böhranla əlaqədar olaraq ölkənin bank sistemi iflic vəziyyətə düşüb. Ölkənin milli valyutası isə dollara nəzərən 20 dəfədən çox ucuzlaşıb. Nəticədə isə əhalinin 70%-dən çoxu yoxsulluqla üzləşib.