27 C
Baku
Sunday, July 21, 2024

Liviya tarixində ilk dəfə qadın XİN-ə başçılıq edəcək

Liviyanın yeni xarici işlər naziri Nəclə xanım Məhəmməd əl-Manquş təyin olunub.

TASS xəbər verir ki, Liviyanın paytaxtı Tripolidə Xarici İşlər Nazirliyinin binasında hakimiyyətin ötürülməsi ilə bağlı təntənəli mərasim keçirilib.

Məlumata görə, ölkə tarixində ilk dəfədir qadın xarici işlər naziri təyin olunur.

Nəclə Manquş bu postda 2016-cı il martından işləyən Məhəmməd Tahir Siyalanı əvəz edəcək. Siyala öz səlahiyyətlərini təntənəli mərasimdə yeni nazirə təhvil verib.

Bildirilib ki, Abdel Xamid Dbeybənin başçılıq etdiyi Liviyanın milli birlik hökumətində 5 qadın nazir vəzifəsinə təyin olunub. Nəclə Məhəmməd əl-Manquş Liviyanın Benqazi Universitetində ali hüquq təhsili alıb. Bir müddət sonra təhsilini ABŞ-da davam etdirib. Martın 15-də Tobrukda parlamentin binasında hökumətin andiçmə mərasiminə qatılan hicabsız yeganə qadın olub.

Xatırladaq ki, Liviya hökuməti martın 10-da etimad qazanıb. Dbeybenin başçılıq etdiyi hökumət 35 nazir və baş nazirin müavinindən ibarətdir. Mövcud hökumətin səlahiyyət müddəti 2021-ci il dekabrın 24-də başa çatır. Bu tarixdə Liviyada seçkilərin keçiriləcəyi gözlənilir.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər