Liviya hökuməti Türkiyənin Xüms limanını icarəyə götürməsi ilə bağlı məlumatları rəsmən təkzib edib.
Bu barədə bəyanatla Milli Birlik hökumətinin sözçüsü Məhəmməd Hammuda Xüms limanında çıxışı zamanı bildirib.
Hammuda Liviyada ictimaiyyəti qıcıqlandırmamaq üçün media nümayəndələrini məlumatların düzgünlüyünü diqqətlə yoxlamağa çağırıb və limanın 99 illik müddətə Türkiyəyə verilməsi xəbərini şayiə adlandırıb.
Xatırladaq ki, dünən Türkiyənin TGRT telekanalı və bir sıra türk media qurumları Liviyanın Hüms limanının 99 il müddətinə icarəyə götürülməsi və orada Türkiyə hərbi bazasının yerləşdiriləcəyi barədə xəbər yaymışdı. Qeyd olunmuşdu ki, həmin hərbi hissəyə zərbə dronları və hava hücumundan müdafiə sistemləri yerləşdirmək planlaşdırılır.