Liviya Türkiyəyə yatırım məqsədilə 50 milyon dollarlıq ilkin yardım göndərəcək.
Bunu Liviyanın xarici işlər naziri Necla El Manguş deyib.
Onun sözlərinə görə, yardım on gün içərisində göndəriləcək.
“Həmçinin axtarış-xilasetmə və tibb personalı olan ikinci heyətimiz də qısa zamanda Türkiyəyə gələcək”, – o əlavə edib.