Liviyanın gündəlik xam neft hasilatı 1milyon 211 min barrelə çatıb. Bu, vətəndaş müharibəsindən sonra qeydə alınan ən yüksək göstəricidir.
Liviya Milli Neft Korporasiyasının yeni sədri Fərhat bin Qədərə keçici hökumətin Baş naziri Əbdülhəmid Dbeibəhin iştirakı ilə keçirilən müşavirədə hasilatın daha da artırılmasına dair beşillik planı açıqlayıb. O, yaxın gələcəkdə gündəlik hasilatı 2 milyon barrelə çatdırmağın real olduğunu bildirib.
BMT və Qərb ölkələrinin səfirləri Liviyada neft və qaz hasilatının artırılmasını alqışlamaqla yanaşı, daxili sabitliyin qorunması və yeni münaqişələrin qarşısının alınması üçün seçkilərin keçirilməsinin əhəmiyyətini vurğulayıblar. Ekspertlər qeyd edirlər ki, bu ölkədəki müvəqqəti sabitlik çox kövrəkdir və hazırda davam edən ikihakimiyyətlilik hər an yeni münaqişələrə səbəb ola bilər.