20 C
Baku
Bazar ertəsi, Sentyabr 20, 2021

Liviyadan Azərbaycana bu məhsulların idxalına qadağa qoyuldu

Screen Shot 2021 09 02 at 14.34.20

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) məlumatına əsasən, Liviya Dövlətinin Əl Cifara, Zəviyyə, Benqazi və Əl Məric inzibati ərazi vahidlərində dabaq xəstəliyi qeydə alınıb.

Qida Təhlükəsizliyi Agentliyindən verilən məlumata görə, respublika ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədilə Liviya Dövlətinin Əl Cifara, Zəviyyə, Benqazi və Əl Məric inzibati ərazi vahidlərindən diri heyvanların, heyvan mənşəli məhsulların və xammalın idxalına, həmçinin tranzit daşınmasına müvəqqəti məhdudiyyət tətbiq olunub.

Eyni zamanda, nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə Liviya Dövlətindən gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.

Screen Shot 2021 09 08 at 14.27.09
109,597AzarkeşlərKimi
Son xəbərlər
360x380 1
Oxşar xəbərlər